Sabirabadda 3 azyaşlı dostlar oğurluq edərkən yaxalanıblar. SİA-nın Aran bürosuna məlumat verən Sabirabad polis şöbəsinin müstəntiqi Ramin Salayev bildirib ki, oktiyabr ayının 26-da Nizami kənd sakini Nuriyev Rafiq Kamil oğlu evindən bir neçə əşyanın oğurlanması barədə polis şöbəsinə məlumat verib.
Sabirabad Polisinin keçirdiyi əməliyyat zamanı məlum olub ki, hadisəni törədənlər şikayətçinin həmkəndliləri 15 yaşlı Bəyəliyev Abbas Dədəkişi oğlu , 17 yaşlı Mansurov Əmrah Qalib oğlu və 17 yaşlı Tağıyev Tağızadə Yadulla oğludur. Dəstə üzüvləri ev sahibinin mənzilində olmamasını müəyyən etdikdən sonra evə daxil olmaq qərarı veriblər. Saxlanılan az yaşlılar evdən televizor, su nasosu və 10 ədəd hind quşu oğurladıqlarını etiraf ediblər.
Polisin araşdırması zamanı məlum olub ki, Üçlük həmən kənddə yaşayan Fətiyev Mahir Hüseynağa oğluna məxsus maqazadan da ümümi dəyəri 1300 manat olan ərzaq oğurlayıblar. Azyaşlı qoçaqların digər oğurluq hadisəsi törədib törətmədikləri araşdırılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB