Sabirabadda baş verən yol qəzasinda 1 nəfər öldü 1 nəfər yaralandı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə hadisə bugün 16:00 radələrində Sabirabad Cavad yolunun Türkədi kəndi ərazisində qeydə alınıb.
Sabirabadın Narrığ kənd sakini 25 yaşlı Əliyev Bəhruz Məqsəd oğlu özünə məxsus VAZ 2107 markalı 10 LU 932 dövlət nişanlı avtomaşınla hərəkətdə olarkən qəfil qarşısına çıxan KİA markalı 90FM 994 dövlət nömrə nişanlı avtomaşını vurub. Vaz 2107 də olan sərnişin Narrığ kənd sakini 25 yaşlı Şirəliyev Bəyad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xoşbəxtlikdən KİA markalı avtomaşının sürücüsü xəsarət almayıb.
Hadisəyə səbəb kimi KİA markalı avtomaşının sürücüsü 26 yaşlı rayonun Qalağayın kənd sakini Mirzəyev Səttarın ötmə əməliyyatının düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB