Sərnişin qatarı yanıb

Bakı-Qazax sərnişin qatarında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Nəsimi rayonunda "Azərbaycan Dəmir Yoları" QSC-yə məxsus depoda baş verib. Depoda dayanmış Bakı-Qazax sərnişin qatarının ümumi sahəsi 60 kv.m olan vaqonunun yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə