Boğazı kəsilən şagirdin qətli ilə bağlı qaranlıq məqamlara aydınlıq gəlib
Bakının Xətai rayonu ərazisində dəhşətli qətl olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, 14 yaşlı məktəbli Gennadi Usov öldürülərək tikilməkdə olan binanın içərisinə atılıb. Naməlum şəxslər onun boğazını kəsərək öldürüb.
Boğazı kəsilən şagirdin kim tərəfindən öldürülməsi hələlik məlum olmasa da, bəzi qaranlıq məqamlara aydınlıq gəlib. Qətlin kim tərəfindən törədilməsi istiqamətində aparılan araşdırmalar qismən də olsa, nəticə verib.
Mərhumun bacısının istintaqa verdiyi ifadəsinə görə, qardaşı və valideynləri tüfeyli həyat tərzi keçirirmişlər. Onun sözlərindən məlum olub ki, qardaşını da məhz valideynləri öldürüblər.
Hazırda mərhmun bacısının ifadəsinin düzgün olub-olmaması dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB