Yanacaq dolu maşın aşdı

Sabirabadda yanacaq daşıyan maşın aşıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 21:00 radələrində rayonda fəaliyyət göstərən Sosial İqtisadi Kollecin qarşısında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib. Ərazidəki insanlar evakuasiya olunub və hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hadisəyə səbəb kimi "ZİL" markalı yük maşınının sahibi Bakı şəhər sakini Sadıqov Yasin Xıdır oğlunun arxa isdiqamətdə hərəkətdə olarkən aşıb. 20 tonluq çəndə 8 ton sıxılmış propan qaz olub. Xoşbəxtlikdən hadisə yerində sızma müşahidə olunmayıb.

FHN-nin əməkdaşları bildiriblər ki, yaxınlıqda olan evlərdəki insanlar evakuasiya olunub. Yaxınlıqda yerləşən Kollecin tələbələri də bu gun dərsə gəlməyiblər.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə