Xaçmazda qətl hadisəsi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Qubanın Amsarqışlağ kəndində yaşayan Mehman Müslümov həyat yoldaşını qətlə yetirib. Hadisə Xaçmaz şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. 34 yaşlı Quba rayon Amsarqığlağ kənd sakini Mehman Müslümov həyat yoldaşı 36 yaşlı Məruzə Abuzər qızı Müslümovanı bıçaqlayıb. Yaralı Xaçmaz RMX-na yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun anası Məryəm Əliyevavnın verdiyi məlumata görə, dəfələrlə kürəkəni və qızı arasında mübahisə baş verib. Sonuncu münaqişə isə ötən gün olub. Hətta bu münaqişəyə polis müdaxilə edib. Lakin bir anda polis əməkdaşlarından yayınan Mehman, əlindəki pıçaqla həyat yoldaşına xəsarət yetirib.

Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğundan heç bir məlumat verilməyib.

Onu da qeyd edək ki, yaxınları bildirir ki, mərhumənin həyat yoldaşı ruhi xəstə kimi regional xəstəxanada qeydiyyatdadır. Hadisədən sonra Mehman Müslümov Xaçmaz polisi tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Kərimov. Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə