Şirvanda 20 yaşlı gənc bıçaqlandı

Şirvanda 20 yaşlı gənc bıçaqlandı

Şirvanda 20 yaşlı gəncə 5 bıçaq vuruldu. SİA-nın Aran bürosuna məlumat verən Şirvan Mərkəzi Xəstəxanasının cərrah-həkimi Çingiz Həsənov bildirib ki, bu gün saat 15:30 radələrində şöbəmizə gətirilən Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Fəxri Məlikağa oğlunun arxa sağ sağırın sol bud hissəsinin 1/3-də 5 kəsilmiş-deşilmiş yaralar aşkar olunaraq cərrahi əməliyyat edilib. Xəstə palataya yerləşdirilib, vəziyyəti orta ağırdır.

20 yaşlı Fəxri Məmmədovun dediyinə görə, yaşadığı binanın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb və 5 bıçaq zərbəsi alıb. Şirvan Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə