İtkin balıqçılardan birinin cəsədi tapılıb

İtkin balıqçılardan birinin cəsədi tapılıb

Xəzər dənizində ibatan digər 3 balıqçının axtarışları davam etdirilir

Xəzər dənizində 4 balıqçının olduğu qayıq batıb. Hadisə dənizin Xaçmaz rayonu hissəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gün axşam saatlarında axtarışlara nazirliyin dövlət sularda xilasetmə xidmətinin dalğıc-xilasediciləri və helikopter cəlb edilib. Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 31 yaşlı Vüsal Əkbərov, 21 yaşlı Əkbər Əkbərov, 30 yaşlı Rəsul Səlimov və Xaçmaz rayonu Müqtədir qəsəbə sakini 25 yaşıl Seymur İlyasovun axtarışına başlanıb. Onlardan Vüsal Əkbərovun cəsədi tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb. Digər 3 balıqçının axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə