Ötən gecə Ağdaş rayonunda mikroavtobus minik maşını ilə toqquşub. Nəticədə üç nəfər həlak olub. SİA-nın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Ağdaş-Mingəçevir yolunun 15-ci km-də Şıxı kəndi ərazisində Ağdaş-Mingəçevir marşurutu üzrə hərəkət edən vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun "BMW" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə mikroavtobusun sürücüsü, mikroavtobusda olan 14 nəfər sərnişin və minik avtomobilində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi xəsarət alanlar təcili yardım xidməti və vətəndaşlar tərəfindən Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Minik avtomobilinin sürücüsü A.X.Orucov və avtomobildə olan sərnişinlər - 1960-cı il təvəllüdlü Məmmədov Maarif Möhsüm oğlu və 1967-ci il təvəllüdlü Əliyev Mürvət Həmid oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Sıxılmış vəziyyətdə qalmış meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB