Təyyarələr bir-birinə çırpıldı

Təyyarələr bir-birinə çırpıldı

Pilotlardan biri öldü

Venesuellada həbi təlimlər zamanı iki təyyarə bir-birinə çırpılıb.Pilotlardan biri həlak olub. İkinci təyyarənin pilotu xilas ola bilib. "OV-10 Bronco" təyyarələr Venesuelanın mərkəzində yerləşən Palo-Neqro hərbi hava bazasının yaxınlığında baş verib. Hadisənin səbəbləri araşdırılır.

Təyyarələr 1967-76-cı illərdə istehsal olunub. 2012-ci ilin əvvəllərində təyyarələrin yeddisi istismardan çıxarılıb, daha 10-nun yaxın vaxtlarda istehlak müddətinin bitəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə