5 kiloqrama yaxın narkotik vasitə ələ keçdi

5 kiloqrama yaxın narkotik vasitə ələ keçdi

Şirvan polisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar edib. SİA-nın Aran bürosuna Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Xəqani Rəfiyevin verdiyi məlumata görə, 5 noyabr 2012-ci il tarixdə keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini M.Rəsulzadə küçəsi 11, mənzil 24 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Məmmədov İlqar Telman oğlu, Şirvan sakini Vidadi küçəsi 2 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Valeh Novruzova 1,187 qram narkotik vasitə olan marixuana satıb.

İlqar Məmmədov şübhəi şəxs qismində saxlanılarkən narkotik vasitəni Sabirabad rayonun Azadakənd sakini 1978-ci il təvəllüdlü Səmədov Hicran Səməd oğlundan aldığını etiraf edib. Sonuncunun evinə baxış keçirilərkən orada müxtəlif qablaşdırmalarda, satış məqsədi üçün nəzərdə tutulmuş, ümumi çəkisi 4 kiloqram 630 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hicran Səmədov hal-hazırda istintaqdan qaçsa da barəsində axtarış elan edilib və polis tərəfindən saxlanılması üçün zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aprılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə