Türkiyə Samsun vilayətinin Tekkeköy rayonundakı mis fabrikində faciə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində fabrikdəki ammonyak çəninin qapağı fəhlələrin üstünə düşüb. İlkin ehtimallara görə, damın altında qalan fəhlələrdən 5 nəfərin öldüyü, 11-nin isə yaralandığı deyilir. Samsunun müxtəlif xəstəxanalarına çatdırılan fəhlələrdən 4-nün vəziyyəti isə ağır qiymətləndirilir.
Məlumat üçün bildirək ki, fəhlələrin üzərinə düşən çənin qapağının diametri 30 metr, ağırlığı isə 300 ton olub.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam edir. Polis hadisə ilə əlaqəli 7 nəfəri göz altına alıb, daha 3-nü axtarışa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB