Ağsuda partlayış

Bu gün günorta saatlarında Ağsu rayonunun Natavan küçəsində qaz sızmasından partlayış baş verib. Nəticədə 1 nəfər ölüb. Qeyd edək ki, ev sahibi Elşən Nuriyev partlayış baş verən vaxt hamam otağında olub və evə qazın sızmasını hiss etməyib.

Qardaşı İlqar Nuriyev isə mənzilin qapısını açan vaxt partlayış baş verib. Partayışın təsir gücü o qədər şiddətli olub ki, mənzilin qapı, pəncərələri də yerindən çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə