Bərdədə məcburi köçkünün evi yandı. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonunun Qarağacı kəndi ərazisindəki qəsəbədə baş verib. Kəlbəcərdən olan məcburi köçkün Alıməmməd Müseyibova məxsus ev əşyaları ilə birlikdə yanıb. Evdən qatı tüstü çıxdığını görən qonşular dərhal mənzilin qapısını sındıraraq ev əşyalarını çıxarmağa cəhd ediblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər. Yanğının digər yardımçı tikililərə keçməsinin qarşısı alınıb.
Ev sahibi Alıməmməd Müseyibovun sözlərinə görə, evdə olmadıqlarından mənzildə elektrik cihazlarından istifadə edilməyib. Nazirliyin Bərdə Yanğından Mühafizə Xidmətindən isə bildirilib ki, yanğının hansı səbəbdən baş verməsi aparılan ekspertizadan sonra məlum olacaq.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB