Ticarət mərkəzi yandı!

Bakıda böyük ticarət mərkəzlərindən birində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində qeydə alınıb. Mərkəzin saunasının taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunub. Baş vermiş yanğın FHN-nın əməkdaşları tərəfindən söndürülüb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə