Ehtiyyatsızlıqdan yaranan fəlakət

Ehtiyyatsızlıqdan yaranan fəlakət

Ağsu rayonunda yaşayış evində partlayış olub. Bu haqda məlumat SİA-ya Ağsu Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Natəvan küçəsi, ev 1/1 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış evinin hamamında baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə orada yaşayan, 42 yaşlı Elşən Nuriyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti orqanlar araşdırma aparıır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə