Kassadan böyük məbləğdə pul oğurlanıb
Gürcüstanda azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus "Lukoil" şirkətinin paytaxt Tiflisdə yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub. SİA-nın gürcü KİV-nə istinadən xəbərinə görə, 2 silahlı şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına güc tətbiq edərək kassadan külli miqdarda vəsaiti götürərək aradan çıxıblar.
Oğurlanan pulun dəqiq miqdarı ilə bağlı hər hansı məlumat verilmir.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB