Saatlıda 2 nəfərin məhəbbəti qanlı davaya səbəb olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qanlı hekayə Saatlı rayonun Fətəlikəndində baş verib. Kənd sakini fermerliklə məşqul olan 1985-ci il təvəllüdlü Davud İsmayılov işçisi İlham Xasıyev adlı şəxsin qızı ilə bir muddət bir birilərini seviblər. Bu sevgi isə qızın atası və qardaşına məlum olduqda vəziyyət gərginləşib. Onların telefonda bir-birilərinə yazdıqları mesajı qızın atası və qardaşı görüb. Bunu bilən qızın atası İlham və oğulu Teymur Davudla məsələni araşdırmağa gəliblər. Görüş zamanı adı çəkilən şəxslər arasında mübahisə yaranıb və qızın qardaşı 1997-ci il təvəllüdlü Teymur Xasıyev Davudu bıçaqla vurub. Davud İsmayılov aldığı bıçaq yaralarından xəstəxanaya çatdırılıb.
Hadisəni törədən Xosıyev Teymur saxlanılıb və barəsində cinayət işi açlıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB