"Kamaz" avtobusla toqquşdu

Ötən gecə Bakıda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbərinə görə, Nərimanov rayonunda "KAMAZ" markalı yük avtomobili və sərnişin avtobusu toqquşub. Hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub. Müvafiq xilasetmə qüvvələri yük avtomobilinin sürücüsünə və avtobusda olan 2 nəfər sərnişininə kömək göstərib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə