Tələbələr arasında mübahisə qan tökdü

Tələbələr arasında mübahisə qan tökdü

Mingəçevir şəhəri Heydər Əliyev prospektində bıçaqlanma hadisəsi baş verib. Kəlbəcər rayonundan məcburu köçkün olan Mingəçevir Politexnik İnstitutunun III kurs tələbəsi 24 yaşlı Fariz Ələkbərov yaxın münasibətdə olduğu Sahib İsrafilov və onun qardaşı Ceyhun tərəfindən amansızcasına bıçaqlanıb.

Rayon Polis Şöbəsindən SİA-nın Qarabağ bürosuna verilən məlumata görə, İsrafilov qardaşları Mingəçevir Politexnik İnstitutunun II kurs tələbələri Elçin Salamov və Xəyyam İzzət oğlu İsmayılzadədən əvvələr bir dəfə pul alıblar, bunu görən qardaşlar şirnikərək növbəti dəfə tələbələrdən pul tələb ediblər. Bundan başqa mobil telefonlarını da almağa cəhd göstəriblər. Tələbələr müdafiə olunmaq üçün Mingəçevir Politexnik İnstitutunun III kurs tələbəsi, Fariz Vaqif oğlu Ələkbərova müraciət ediblər. Onlara kömək etmək üçün qeyd olunan mənzilə gələn Fariz Ələkbərov qardaşlarla görüşməli olub. Onlara dil töksə də heç bir nəticə əldə olunmayıb. Onlar arasında münaqişə baş verib. Qardaşlar əvvəlcədən əldə etdikləri bıçaqlarla Fariz Ələkbərova çoxsaylı zərbələr endiriblər. Nəticədə, Fariz Ələkbərova bədənin müxtəlif nahiyələrindən: başından, kürəyindən, qolunun altından, qarın və bud nahiyələrindən, 15 bıçaq vurmağa nail olublar və hadisə yerindən qaçıblar.

Ağır vəziyyətdə yaralanan Fariz Ələkbərov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Çoxsaylı bıçaq xəsarətləri yetirilmiş zərərçəkənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində olan Fariz Ələkbərovun vəziyyəti kafi olaraq dəyərləndirilir.

Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - İsrafilov Xəyal və onun qardaşı İsrafilov Ceyhun Sahib oğlu tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxslər dindirildikdən sonra buraxılıblar. Zərərçəkənin valideynləri bu şəxslərin buraxılması və istintaqın düzgün aparılmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə