Sabirabad rayonu ərazisində avtomobil piyadanı vuraraq qaçıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 20:30 radələrində Hacıqabul Bəhrəmtəpə yolunun 7 km-də Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində həmin kəndin sakini 1959-cu il təvəllüdlü Həsənov Əlikram Nəcəf oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisəni törədən sürücünün müəyyən olunması üçün Sabirabad polisi axtarışılara başlayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB