Həkim əməliyyatda öldü

Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, xəstəxananın cərrahı İsrail Məstənov keysəriyyə əməliyyatını həyata keçirən zaman qəfildən yerə yıxılıb. Həmkarlarının səyinə baxmayaraq, həkimin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Paşa Muradov açıqlamasında bildirib ki, hadisə baş verən zaman əməliyyat başa çatmaq üzrəymiş. O, bildirib ki, 60 yaşlı həkim ürək tutmasından vəfat edib. Baş həkim onu da əlavə edib ki, yarımçıq qalan əməliyyatı xəstəxananın digər cərrahı Xanlar Abdıyev həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə