"Toranlıq" filminin yeni seriyası zamanı hadisə baş verib. SİA-nın məlumtaına görə, filmin premyerası zamanı kinoteatrı gülləbaran etmək istəyən şəxs həbs olunub. Hadisə ABŞ-ın Missuri ştatının Bolivar şəhərində baş verib. Hadisə barədə yerli hüquq mühafizə orqanları məlumat verib. Artıq saxlanılan şəxsə – Blek Lammersə "terror təhlükəsi yaratmaq" ittihamı irəli sürülüb.
Bundan daha əvvəl polis məntəqələrindən birinə gələn qadın oğlunun iki avtomat aldığını bildirmişdi. Elə həbs olunan şəxsin də üzərindən iki avtomat, 400 patron və bazar günü seansına bilet tapılıb.
Qeyd edək ki, cari ilin iyulun 20-də avtomat və iki tapança ilə silahlanan Ceyms Holms Avrora şəhərinin (Kolorado ştatı) yaxınlığında kinoteatra daxil olub, tamaşaçılara atəş açmışdı. O zaman Betmen barədə "Qara cəngavərin qayıdışı" filminin premyerası gedirdi, kişi gözyaşardıcı qazdan da istifadə etmişdi. Hadisə nəticəsində 12 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB