Misirdə daha bir ağır avtomobil qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər həyatını itirib. Paytaxt Qahirədən 50 km cənubda yük maşını sərnişin mikroavtobusu ilə toqquşub. İlkin versiyaya görə, yük maşınının sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyinə görə idarə etməni itirib. Hadisədə yaralananların sayı barədə xəbər verilmir.
Xatırladaq ki, noyabrın 17-də səhər vaxtı Misirin Asyut əyalətində qatarla avtobusun toqquşması nəticəsində 49 uşaq və onları müşayiət edən yaşlı adam və sürücü ölüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB