Bakıda sərnişin avtobusu idarəetməni itirərək "Şəfa" stadionuna girib. SİA-nın məlumatına görə, qəzanı törədən 11 saylı sərnişin avtobusu olub. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyota Prado" markalı avtomobili də əzib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Baş vermiş qəzanı Nizami Rayon Polis İdarəsində təsdiqləyib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB