Ağdaş rayonunun Qəribli kəndində "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, hadisə nəticəsində 160 kvt olan transformatorun paylayıcı açarı və ətrafa dağılmış yağ 15 kv.m sahədə yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:24 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB