Bərdənin Şirvanlı kəndində yerləşən əczaçılıq köşkü tamamilə yanaraq yararsız hala düşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, aptekin sahibi Vəli Vəliyev bildirib ki, aptek bu il ərzində ikinci dəfədir yanır. Birinci dəfə Novruz Bayramı ərəfəsində külə dönən ticarət obyektinin hər dəfə kimlərsə tərəfindən yandırıldığı ehtimal olunur.
Araşdırmalar zamanı yanmış aptekin divarlarında açılmış deşiklər və içərisindən yandırıcı mayeyə batırılmış parça materiallar tapılıb. Növbəti dəfə gecə saatlarında yanan aptekdə 20 min manat dəyərində dərman preparatları və başqa vasitələr olub.
Üst-üstə 40 min manata yaxın ziyana düşən Vəli Vəliyev hüquq-mühafizə orqanlarına müraciət edib. Sahibkar deyir ki, bu hadisələrin hər ikisi bir-biri ilə əlaqədardır və şəxsi münasibətlər zəminində törədilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB