Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik maddə sayılan marixuananın qanunsuz dövriyyəsinin qarşısı alınıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayonun Qara Siyəzən kənd sakini 21 yaşlı Elman Nəzərov narkotik maddənin becərilməsində şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 54 ədəd kibrit qutusunda qablaşdırılan, çəkisi 200 qram olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs narkotik maddəni özü yetişdirib.
Qeyd edək ki, faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB