İttiham olunanlar narkotik vasitəni İrandan Azərbaycana gətiriblər
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İlxanlar Qasımlı, Elşən Əməşov, Eldar Əməşov, Əbülfəz Nəhmədov, Mahir Şəbiyev, Vüsal Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həbs edilənlərdən 4 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Məlum olub ki, Eldar və Elşən Əməşovlar, Ə.Nəhmədov, V.Məmmədov, Q.İlxanlar Abdulla və digər şəxslər qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.
Məhkəmənin hökmü ilə İlxanlar Qasımlı 14 il, Elşən Əməşov 13 il, Eldar Əməşov 13 il, Əbülfəz Nəhmədov 11 il, Mahir Şəbiyev 13 il 6 ay, Vüsal Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB