Yevlaxda ölümlə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Xaldan qəsəbəsində baş verən hadisədə qəsəbə sakini Şəmsəddin Mustafayevin sərxoş halda idarə etdiyi 66-BD-932 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik maşını yüksək sürətlə hərəkət edərək, yolun kənarında avtobus gözləyən Zaqatala rayon sakinlərini- 52 yaşlı Zibeydə Cindarova və 50 yaşlı Gülnarə Piriyevanı vuraraq hadisə yerindən qaçıb.
Gülnarə Piriyeva hadisə yerində dünyasını dəyişib, Zibeydə Cindarova müxtəlif dərəcəli ağır bəbən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qadınlar İranda müalicə alaraq evlərinə qayıdırdılar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB