16 yaşlı sürücü Hacıqabulda ağır qəza törətdi

16 yaşlı sürücü Hacıqabulda ağır qəza törətdi

16 yaşlı sürücünün Hacıqabulda törətdiyi ağır qəza nəticəsində 6 nəfər xəsarət alıb. SİA-nın Aran bürosuna hadisəni baş verməsi barədə məlumat verən DYP-nin inispektoru Aqil Muradi bildirib ki, Bakı-Qazax yolunun 136-cı kilometrliyində sürücü 1996-cı il təvəllüdlü Ağcabədi rayon sakini Əliyev Elxan İbadət oğlu "Leksus Cip" markalı 90 MK 088 dövlət qeydiyyat nömrəli avtomobillə Bakı istiqamətinə hərəkət edərkən təmir olunan və istifadəyə verilməyən yola çıxıb. Hərəkət zamanı avtomobil yola tökülən çınqıl daş komasına dəyib və sürücü idarə etməni itirib. Nəticədə ağır qəza baş verib.

Bu zaman avtomobildə olan 1 ailənin 6 üzvü xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkim travmatoloq Tofik Hüseynovun verdiyi məlumata görə, yaralılardan 1958-ci il təvəllüdlü Məmmədova Səlimə Bayram qızı, 1970-ci il təvəllüdlü Əliyeva Lətafət Gülalı qızı və 2000-ci il təvəllüdlü Əliyev Sərxan İbadət oğlu ağır bədən xəsarətləri aldıqları üçün travmataloqiya şğbəsinə yerləşdiriliblər. Digər 3 nəfər - 1964-cü il təvəllüdlü Əliyev İbadət Əyyub oğlu, 1980-ci il təvəllüdlü Səfərova Xatirə Vaqif qızı və qəzanın səbəbkarı sürücü 1996-cı il təvəllüdlü Əliyev Elxan İbadət oğlu yüngül bədən xəsarətləti aldıqları üçün ambulator tibbi yardım edilərək evə buraxılıblar.

Məlumat üçün bildiririk ki, maşında olan şəxslər Ağcəbədi rayon sakinləri və 1 ailənin üzüvləridir. Faktla bağlı BDYP-nin istintaq idarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə