Gənc jurnalist və anası baltalandı...

Gənc jurnalist və anası baltalandı...

Noyabrın 11-də Bakıda dəhşətli hadisə baş verib. Xəzər rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 1949-cu il təvəllüdlü Mənsimov Mənsim Kərim oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Zemfira Mənsimovanı və qızı, 1990-cı il təvəllüdlü Sevinci baltalayaraq qətlə yetirib. Bundan sonra 63 yaşlı kişi özünü asaraq intihar edib.

Qeyd edək ki, qətlə yetirilən Sevinc Mənsimova jurnalistdir. O "Qafqazinfo" portalının əməkdaşı idi.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə