Hacıqabulda qəza: 6 yaralı

Hacıqabul rayonu ərazisində 3-ü ağır olmaqla, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə,"Lexus" markalı avtomobil Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən sürücü İbadət Əliyev özünəməxsus avtomaşının sükanını 16 yaşlı oğlu Elxan Əliyevə tapşırıb. O isə yolun hərəkət qadağan edilən hissəsinə çıxaraq qəza törədib.

Qəza zamanı xəsarət alanların 4-ü bir ailənin üzvləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə