Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin qərb regional istintaq və təhqiqat bölməsindən məlumat verilib.
Məlumata görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 151-ci kilometrliyində, Balakən şəhəri ərazisində qeydə alınıb.
Qəzanı törədən 1989-cu il təvəllüdlü Balakən rayon sakini Niyazov Təbrik İsaxan oğlunun idarə etdiyi VAZ 2107 markalı, 44 BD 636 dövlət nömrə nişanlı avtomobillə yolun kənarında dayanmış piyada, 1963-cü il təvəllüdlü, Bakı şəhər Bakıxanov qəsəbəsi sakini Məmmədova Səidə Qurban qızını vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Səidə Məmmədova hadisə yerində keçinib.
Fakla bağlı DİN-nın Baş Dövlət Yol Polisi İdarəsinin qərb regional istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB