İrəvan-İstanbul avtobusu aşıb

Qəza nəticəsində 1 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb

Bu gün Gürcüstan sərhədinə aparan şosedə İrəvan-İstanbul avtobusunun qəzaya uğrayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. "Novosti Armeniya" saytının verdiyi məlumata görə, bu gün Ermənistan Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumatda deyilir ki, Şirak vilayətinin Kazançi kəndi yaxınlığında avtobus yoldan çıxaraq aşıb. Hadisə yerinə bir hərbi briqada və yerli xilasetmə dəstələrinin əməkdaşları yollanıblar.

Məlum olub ki, İrəvandan İstanbula gedən avtobus İrəvan-Bavra avtomobil yolunun 166-cı kilometrində yoldan çıxaraq böyrü üstə aşıb. Hazırda hadisənin təfərrüatları aydınlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə