Lerik rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Lerik DYP-dən verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 34-cü kilometrliyində, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.
Lerik rayon Tikaband kənd sakini 30 yaşlı Qasımov Tahir Xandadaş oğlu idarə etdiyi "Opel - Astra" markalı avtomaşını ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bundan sonra maşın 25 metrə yaxın sürüşərək yol kənarındakı palıd ağaclarına çırpılıb. Nəticədə sürücü Tahir Qasımov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qeyd edək ki, qəzaya səbəb əlverişsiz hava şəraitində sürücünün avtomaşını yüksək sürətlə idarə eməsi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
S.Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB