Hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasında təmir işləri aparılırmış
Sumqayıtdakı 9-cu mikrorayonda yerləşən 51 saylı uşaq bağçasında yanğın baş verib. Şəhər polis idarəsinin növbətçi hissəsindən AzərTAc-a verilən məlumata görə, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasında təmir işləri aparılırmış. Yanğın isə binanın ikinci mərtəbəsində qeydə alınıb. Yanğın söndürülərək alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB