Yevlaxda yol qəzası baş verib

Bu gün Yevlax rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində baş verib. Qəzaya səbəb yüksək sürət olub. Mersedes markalı avtomaşın yüksək sürət nəticəsində idarəetməni itirib və kanala yuvarlanıb. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Qəzada yaralanlar Mingeçevir şəhər xəstəxanasına yerləşdiriliblər.

Hadisənin dəqiq detalları araşdırmalardan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə