Avtomobilin motoru yük yerindən ayrıldı

Avtomobilin motoru yük yerindən ayrıldı

Yüksək sürət bu dəfə də qəzaya səbəb oldu. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Şirvanlı kəndi ərazisində baş verib. Qarayev Mübariz Əli oğlunun idarə etdiyi 09 BX 759 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə, Vəliyev Nəvai Gəray oğluna məxsus 40 BD 167 dövlət nömrə nişanlı "QAZ 24" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "QAZ 24" markalı avtomobilin motoru yük yerindən ayrılıb. Hadisə nəticəsində "QAZ 24" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə