Şirvanda yenə 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ötən gün saat 15:30 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində hərəkət edən sürücü, Bakı sakini 1986-cı il təvəllüdlü Müslümov Əflatun Yavər oğlunun idarə etdiyi "Toyota" markalı 90 RK 490 nömrəli maşın, "Jiquli" markalı 24 BA 038 nömrəli avtomobilə dəyərək yolun kənarında olan səkiyə dəyərək yolun ortasında aşıb. Nəticədə "Toyota" markalı avtomobildə olan sürücü Müslümov Əflatun Yavər oğlu və sərnişin 1982-ci il təvəllüdlü Sabirabad rayonun Azada kənd sakini Təhməzov Elşad Fəxrəddin oğlu bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Baş verən hadisə ilə bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar aparılır.
Səxavət Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB