Peşəkar futbol klubunun avtobusu qəzaya uğradı

Peşəkar futbol klubunun avtobusu qəzaya uğradı

Avtobus Bakı-Qazax yolunda minik maşını ilə toqquşub

Tovuzun "Turan" Peşəkar Futbol Klubunun üzvlərini daşıyan avotbus bu gün günorta saatlarında qəza hadisəsi törədib. Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən ərazisində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən ANSPRESS-ə verilən məlumata görə, avtobus İsrail Rüstəmovun idarə etdiyi VAZ-21005 markalı minik avtomobili ilə toqquşub. Futbol komandasına məxsus və Nazim Bayramovun idarə etdiyi avtobus VAZ-ın yoluna çıxıb.

Hadisə baş verən vaxt futbolçular avtobusda olmayıb. Hadisədə həyatını itirən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə