İdarəetməni itirdi, balıqçının həyatına son qoydu

İdarəetməni itirdi, balıqçının həyatına son qoydu

Sabirabadda idarəetməni itirən sürücü balıqçının həyatına son qoydu. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün Sabirabad rayonunda Həşimxanlı-Qaragüney avtomobil yolunun 23 kilometrliyində Ətcələr kəndi ərazisində qeydə alınıb.

Rayonun Axtaçı–Muğan kənd sakini Nəhmədov Nəhməd İlham oğlu idarə etdiyi "FORD-TRANZİD" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sol kənarına çıxıb. Həmin vaxt yolun kənarında "Şor su" kanalında balıq tutmaq üçün qırmaq atan Sabirabad rayonu Ətcələr kənd sakini 39 yaşlı Əliyev Ramik Sürəddin oğlu vurub. Nəticədə Ramik Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Sabirabad RPŞ-də Azərbaycan Respublikası CM–nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, hadisənin baş verməsinə səbəb sürücü Nəhmədov Nəhməd İlham oğlunun avtomobili yüksək sürətlə idarə etməsi olub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə