Şirvanda 2 nəfərin xəsarət almasıyla nəticələnən avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gecə saat 23:25 radələrində Şirvan şəhərinin Heydər Əliyev adına prospektdə Salyan rayonun Qarabağlı kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Rabil Tahir oğlu idarə etdiyi "Hunday" markalı 52 BG 353 dövlət qeydiyyat nişan nömrəli minik avtomobilini Salyan rayonun Kərimbəyli kənd sakini, 1981-ci il təvəllüdlü İbadov Həbulla Mirələm oğlu idarə etdiyi "Shevrolet" markalı 99 CG 576 nömrəli avtomobillə vuraraq maqistral yolun kənarındakı ağac kollarının üzərindən keçməklə həyət evinin hasarının yanına atıb. Nəticədə "Hunday" markalı avtomobildə olan sürücünün əmisi oğlu sərnişin 1981-ci il təvəllüdlü Şirvan şəhər sakini Şükürov Həzi Arif oğlu və digər avtomobildə olan 2 xanım sərnişinlərdən biri 1991-ci il təvəllüdlü Əsədova Zarina Hidayət qızı müxtəlif bədən xəsarətləri alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Sürücülərin heç birində sərxoşluq əlaməti aşkarlanmasa da çox maraqlı idi ki, "Shevrolet" markalı maşının sürücüsü Həbulla İbadov kefli olduğundan ayaq üstə dayana bilmirdi. Sürücünün pisxotirip və yaxud narkotik maddə qəbul edib etməməsi yəqinki hadisə yerinə gələn Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılacaq. Faktla bağlı Şirvan polis şöbəsində artıq araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB