Yevlaxda avtomobil qəzası: 2 ölü, 5 yaralı

Yevlaxda avtomobil qəzası: 2 ölü, 5 yaralı

Yevlaxda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, qəza axşam saatlarında Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Elməddin Qədir oğlunun idarə etdiyi 30-BC-920 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını qarşı tərəfdən gələn Beyləqan sakini 1990-cı il təvəllüdlü Əliyev Etibar Şükür oğlunun idarə etdiyi 10-KZ-642 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü Elməddin Əliyev və sərnişin 1950-ci il təvəllüdlü Əliyeva Qənirə Bəylər qızı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 42 yaşlı Natiq Quliyev, 34 yaşlı Elnarə Quliyeva, 80 yaşlı Həqiqət Quliyeva, 10 yaşlı Nahid Quluzadə və 12 yaşlı Namiq Quluzadə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısı bir ailə üzvləridir.

Hadisə yerinə Dövlət Yol Polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə