Azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub

Azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub

Ukraynanın Odessa şəhərində azərbaycanlı və erməni gənclər arasında dava olub. SİA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, davada iştirak edənlər polis tərəfindən saxlanıb. Hadisə nəticəsində dörd nəfər ağır bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Saxlanan şəxslərdən bıçaq, armatur, taxta dəyənəklər götürülüb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Hadisə şahidlərinin dediyinə görə, davada azərbaycanlılar və ermənilərlə yanaşı türklərin də iştirak etdiyi bildirilir.

Polisin rəsmi məlumatında davanın bazara nəzarət üstündə baş verdiyi bildirilir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə