Sürücü diqqətsizliyinin növbəti nəticəsi

Sürücü diqqətsizliyinin növbəti nəticəsi

Bərdədə sürücü diqqətsizliyi avtoqəzaya səbəb olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Yüksək sürətlə hərəkət edən minik avtomaşını Tərtər çayı üzərindəki körpünü keçərkən idarəetməni itirib. Beton səddi keçən "VAZ 2107" markalı avtomobil dəmir məhəccərləri də qıraraq çaya düşüb.

Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Çaya düşən avtomobil qaldırıcı kran vasitəsilə çıxarılıb.

Hadisə zamanı sürücü Elzamin Hüseynov və sərnişin Elnur Qarayev yüngül dərəcəli xəsarətlər alıblar. Məlumat üçün bildirək ki, hər iki şəxs möcüzə nəticəsində sağ qalıblar. Zərərçəkənlər dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabildir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə