Sargık özünü və 9 ailə üzvünü tapança ilə başlarından vurub
Ailə qətliamı: 4 ölü

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Bağçılar rayonunda baş verən kütləvi qətliamda bir ailənin 4 üzvü ölüb.

Rayonun Barbaros məhəlləsi 672-ci küçəsinin sakini Engin Sargık naməlum səbəblərlə həyat yoldaşını, uşaqlarını və öz qardaşını gülləbaran edib. Qardaşı və 3 uşağı hadisə yerində ölən Sargık daha sonra intihara cəhd edib. Ergin Sargıkın da daxil olduğu 6 nəfər isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Sargık özünü və 9 ailə üzvünü tapança ilə başlarından vurub, yaralıların vəziyyəti ağırdır.

Hadisə şahidləri ilkin ifadələrində qətli törədən Engin Sargıkın çox borcu olduğunu, bu səbəblə də əsəb gərginliyi keçirərək bu hadisəni törətmiş ola biləcəyini deyib. Polis rəsmiləri isə bu iddianın inandırıcı olmadığını qeyd edib.

Ölənlər:

Sevda Sargık 15 yaş

Saleh Sargık 17 yaş

Suzan Sargık 18 yaş

Bayram Sargık 29 yaş (qardaşı)

Yaralılar:

Abidin Sargık 5 yaş

Erhan Sargık 8 yaş

Ercan Sargık 11 yaş

Gülcan Sargık 14 yaş

Sacidə Sargık 38 yaş (həyat yoldaşı)

Engin Sargık 56 yaş (özü)

Bütün xəbərlər Facebook səhifəmizdə