Çavuş intihar etdi

Azərbaycan Daxili Qoşunlarının hərbçisi Intihar edib. SİA-nın məlumatına görə, Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən baş çavuş, 22 yaşlı Tural Hümbət oğlu Məmmədov özünü asaraq intihar edib. Onun nə üçün intihar etdiyinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə