Ev yandı sahibləri küçədə qaldı

Ev yandı sahibləri küçədə qaldı

Mingəçevirdə yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yanğın fərdi yaşayış evində elektrik naqillərində yaranan qısaqapanma nəticəsində alışıb. Daha sonra alov şiddətlənərək yayılmağa başlayıb və qısa zamanda bütün evi əhatəyə alıb.

Hadisə yerinə Mingəçevir Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvələri səfərbər edilsə də alovu ram etmək mümkün olmayıb. Nəticədə ev içindəki əşyalar ilə birlikdə tamamilə yanaraq külə çevrilib. Ev sahibləri isə evdən heç bir şey çıxara bilməyiblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə