Silahlı Qüvvələrin mayoru qətlə yetirildi

Silahlı Qüvvələrin mayoru qətlə yetirildi

Şirvanda güllənmə hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə təxminən saat 23:30 radələrində Şirvan şəhərinin Köhnə Şəhər adlanan yaşayış massivində 1963-cü il təvəllüdlü Abdullayev Məharər Əbülfəz oğlu 1980-ci il təvəllüdlü Kakavan Fərid İnqilab oğlunu ov tüfəngi ilə qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verməsi barədə gün ərzində Şirvan şəhər Prokurorluğunun rəsmi açıqlaması olacaq və ictimaiyyətə təqdim edəcəyik. Əldə etdiyimiz məlumata görə, qətli törədən şəxs Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşqul olur, tikinti materiallarının satışını təşkil edir. Qətlə yetirilən isə Silahlı Qüvvələrin mayor rütbəli zabitidir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə